Fatih Terim 21 nəfəri məhkəməyə verdi

23-06-2016, 16:12           
Fatih Terim 21 nəfəri məhkəməyə verdi
Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəmyə verib.

“Qafqazinfo” xəbər verir ki, buna görə də, Fatih Terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edib. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, İspaniya - Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəklərində ağır şəkildə söymüşdülər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru