Rövnəq Abdullayev: - “Keçilməz rəqib yoxdu”

23-06-2016, 22:43           
Rövnəq Abdullayev: - “Keçilməz rəqib yoxdu”
AFFA prezidenti Rövnəq Abdullayev avrokubokların 2016/2017 mövsümünün püşkatmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri həm Çempionlar Liqası, həm də Avropa Liqasında Azərbaycan klubunun bəxtinə asan rəqiblərin düşdüyünü qeyd edib.

Komandalarımızın ilk mərhələni keçəcəyinə inandığını deyən Abdullayevin sözlərinə görə, beynəlxalq arenada ölkəmizi təmsil edəcək 4 komandanın hər birinin rəqibi münasibdi: “Püşkatmanın nəticəsini normal qiymətləndirirəm. Birinci mərhələdə komandalarımızın bəxtinə münasib rəqiblər düşüb. Bu mərhələdə keçilməz rəqib yoxdu. İnanıram ki, komandalarımız növbəti mərhələyə adlaya biləcəklər".

Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Lüksemburq çempionu “Düdelanj”, Avropa Liqasında oynayacaq “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə müvafiq olaraq, “Samtredia” (Gürcüstan), “Baltsan” (Malta) və “Daçiya” (Moldova) ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru