Messi buna da nail oldu

20-08-2023, 09:54           
Messi buna da nail oldu
Argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında klub və ya milli komanda ilə qazandığı 44-cü kuboku qazanaraq tarixin ən çox mükafat alan futbolçusu oldu.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 20-nə keçən gecə “İnter Mayami” Liqa Kubokunun finalında “Naşvill”i penaltilər seriyasında məğlub edib. Klub üçün bu kubok tarixdə ilk idi. Bu matçda Messi 11 metrlik zərbəni qolla nəticələndirib.

Kubokların sayına görə Messi Dani Alveşi keçib və bu göstərici üzrə reytinqə təkbaşına başçılıq edib.

Hücumçu yeddiqat “Qızıl top”un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, ikiqat Fransa çempionu, dördqat Çempionlar Liqasının qalibi, üçqat klublararası dünya çempionatının qalibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru