Türkiyə Super Liqası: İkardi “Qalatasaray” - “Trabzonspor” matçına damğa vurdu - VİDEO

20-08-2023, 09:19           
Türkiyə Super Liqası: İkardi “Qalatasaray” -
Türkiyə Super Liqasında II turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Trabzonspor” komandaları arasında baş tutub.

Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən oyun “sarı-qırmızılılar”ın qələbəsi ilə başa çatıb - 2:0.

Hər iki qolu Mauro İkardi vurub. Argentinalı forvard 23 və 90+3-cü dəqiqələrdə fərqlənərək “Qalatasaray”a qələbə qazandırıb.
Hazırda dörd xalı olan İstanbul klubu üçüncüdür. Üç xala sahib “Trabzonspor” səkkizinci sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru