UEFA-dan Zaqreb “Dinamo”sunun azarkeşlərinə sərt QADAĞA

20-08-2023, 12:44           
UEFA-dan Zaqreb “Dinamo”sunun azarkeşlərinə sərt QADAĞA
Xorvatiyanın Zaqreb “Dinamo”sunun azarkeşlərinə azı mövsümün sonunadək komandanın avrokuboklarda səfər oyunlarına gəlmək qadağan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə UEFA bəyanat yayıb.
Avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər ölüb. Nəticədə matç ertələnib. İlk görüş avqustun 15-də baş tutub və AEK-nin səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Avqustun 19-da Afinada keçirilən ikinci görüşdə komandalar bərabərə qalıb (2:2), “Dinamo” Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində çıxışını davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru