"Neftçi" Dünya Seriyasının qalibi oldu

20-08-2023, 14:24           
"Neftçi" Dünya Seriyasının qalibi oldu
İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, final oyununda təmsilçimiz "Neftçi" ev sahibi İspaniya millisi ilə qarşılaşıb.

Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.
"Neftçi"nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi"nin növbəti oyunları 22 avqust tarixində doğma Bakımızda baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru