Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu

22-09-2023, 07:59           
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
Türkiyə Futbol Federasiyası “Fiorentina”nın və “Adana Dəmirspor”un sabiq çalışdırıcısı Vinçenzo Montellanı Türkiyə millisinin yeni baş məşqçisi təyin edib.

Bundan öncə Stefan Kunz yığmanın sükanı arxasından qovulub. Onun rəhbərliyi altında keçirdiyi son iki matçda komanda Ermənistanla heç-heçə edib (1:1), Yaponiyaya uduzub (2:4).

Montellanın son iş yeri 2023-cü ilin iyununda qovulduğu Türkiyə Superliqa klubu “Adana Dəmirspor” olub.

Qeyd edək ki, hazırda seçmə komanda 2024-cü il Avropa çempionatının seçmə mərhələsində D qrupunda ikinci yeri tutur. (Mənbə: sport24.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru