Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu - VİDEO

22-09-2023, 08:21           
Mahir Emreli oynadı, “Dinamo” “Astana”ya beş qol vurdu - VİDEO
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib. Oyun Bakı “Dinamo”sunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.


Xatırladaq ki, “Dinamo” ilə “Astana” bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə M.Emreli baxımlı qola imza atıb. “Dinamo” 2 oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) “Dinamo” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Bu qrupun digər matçında isə “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

C qrupu
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan) - 5:1

Qollar: Petkoviç, 43-pen; Bulat, 58, Marin, 85, Haliloviç, 90+3 - Hovhannisyan, 78.

23:00. “Viktoriya” (Çexiya) - “Balkani” (Kosovo) - 1:0

Qol: Kalvax, 73.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru