“İrəvan” futbol klubunun oyunçuları məşqə çıxmadılar

16-10-2023, 10:34           
“İrəvan” futbol klubunun oyunçuları məşqə çıxmadılar
Futbol üzrə I Liqada çıxış edən “İrəvan” futbol klubunun oyunçuları ötən gün məşqə çıxmayıblar.

Oxu.Az xəbər verir ki, oyunçular üç aydır, maaşlarını ala bilmədikləri üçün bu addımı atıblar. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar zəruri idman ləvazimatları, o cümlədən idman geyimləri, həmçinin tibbi ləvazimatlarla təmin edilməyiblər.

Oyunçular maaşları ödənilmədiyi təqdirdə məşqləri “boykot” etməyə davam edəcəklər. Onlar, həmçinin, oktyabrın 18-də “İmişli” ilə səfər oyununda meydana çıxmaqdan da imtina etmək niyyətindədirlər.
Qeyd edək ki, mövsümün əvvəlində komandaya güclü maliyyə dəstəyi ayrılacağı bildirilmişdi.

Hazırda “İrəvan” l Liqanın turnir cədvəlində 10 xalla vahid liderdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru