Neymar əməliyyat olunacaq - FOTO

19-10-2023, 08:41           
Neymar əməliyyat olunacaq - FOTO
Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu cərrahi əməliyyat keçirəcək.

Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.

Braziliya millisinin futbolçusu Neymar Cənubi Amerikada 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq uğrunda Uruqvaya qarşı keçirdiyi oyunda ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.
31 yaşlı forvardın zədələnməsi birinci hissənin artırma dəqiqələrinə təsadüf edib.

Futbolçu meydanı tərk edərkən gözyaşlarına hakim ola bilməyib.

Məlumat üçün əlavə edək ki, görüş 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.

Beləliklə, Braziliya yığması dünya çempionatının seçmə turnirində ilk məğlubiyyətini yaşayıb.

Mənbə: Sport-express












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru