Mahir Emreli "Dinamo"nu məğlubiyyətdən xilas etdi

6-11-2023, 08:14           
Mahir Emreli "Dinamo"nu məğlubiyyətdən xilas etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub.

Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə "Varazdin"ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.

75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm "Dinamo"da beşinci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.