Avropa Liqası: “Molde” səfərdə qələbə qazandı, “Liverpul” ilə “Roma” uduzdu - YENİLƏNİB + VİDEO

10-11-2023, 09:48           
Avropa Liqası: “Molde” səfərdə qələbə qazandı, “Liverpul” ilə “Roma” uduzdu - YENİLƏNİB + VİDEO
Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda Almaniyanın “Bayer” komandasına minimal hesabla uduzub.

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda isə “Molde” (Norveç) “Hakken”in (İsveç) qonağı olub və inamlı qələbəyə sevinib.

A qrupu

“Vest Hem” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) 1:0
Qol: Paketa, 72.

“Frayburq” (Almaniya) - “Baçka Topola” (Serbiya) 5:0
Qollar: Rohl, 24. Eggeştayn, 56. Vaysshaupt, 69. Adamu, 80. Doan, 90+2.

Xal: Vest Hem – 9. Frayburq – 9. Olimpiakos – 4. Baçka Topola – 1.

B qrupu

“Ayaks” (Niderland) - “Brayton” (İngiltərə) 0:2
Qollar: Fati, 15. Adinqra, 53.

AEK (Afina, Yunanıstan) - “Olimpik” (Marsel, Fransa) 0:2
Qollar: Mbemba, 25. Sarr, 90+3.

Xal: Olimpik – 8. Brayton – 7. AEK – 4. Ayaks – 2.

C qrupu

“Betis” (İspaniya) - “Aris” (Limasol, Kipr) 4:1
Qollar: B.İqlesias, 34. Ruibal, 64. Roka, 79. Ezaalzuli, 90+4 – Kokorin, 84.

“Reyncers” (Şotlandiya) - “Sparta” (Praqa, Çexiya) 2:1
Qollar: Danilo, 12. Keynntvell, 20 – Haraslin, 77.

Xal: Betis – 9. Reyncers – 7. Sparta – 4. Aris - 3.

D qrupu

“Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) 1:0
Qol: Djimsiti, 50.

“Sportinq” (Portuqaliya) - “Rakuv” (Polşa) 2:1
Qollar: Qonsalves, 14-pen; 52-pen – Rundiç, 71.

Xal: Atalanta – 10. Sportinq – 7. Şturm – 4. Rakuv – 1.

E qrupu

LASK (Avstriya) - “Yunion” (Belçika) 3:0
Qollar: Horvat, 25-pen. Talovyerov, 45+4. Zuli, 77.
“Tuluza” (Fransa) - “Liverpul” (İngiltərə) 3:2
Qollar: Donnum, 36. Dallinqa, 58. Maqri, 76 – Kasseres, 74-öz qapısına. Jota, 89.

Xal: Liverpul – 9. Tuluza – 7. Yunion – 4. LASK – 3.

F qrupu

“Renn” (Fransa) - “Panatinaikos” (Yunanıstan) 3:1
Qollar: Rider, 9. Salah, 65. Blas, 70-pen – İoannidis, 34-pen.

“Makkabi” (Hayfa, İsrail) - “Vilyarreal” (İspaniya) 1:2
Qollar: Sek, 32 – Baena, 83. Sörlot, 86.

Xal: Renn – 9. Vilyarreal – 6. Panatinaikos, 4. Makkabi – 1.

G qrupu

“Slaviya” (Praqa, Çexiya) - “Roma” (İtaliya) 2:0
Qollar: Yureçka, 50. Masopust, 74.

“Servett” (İsveçrə) - “Şerif” (Moldova) 2:1
Qollar: Ruiller, 84. Bedia, 90+3-pen – Severin, 12-öz qapısına.

Xal: Slaviya – 9. Roma – 9. Servett – 4. Şerif – 1.

H qrupu

“Qarabağ” (Azərbaycan) - “Bayer” (Almaniya) 0:1
Qol: Bonifase, 90+4-pen.

“Hakken” (İsveç) - “Molde” (Norveç) 1:3
Qollar: Hrstiç, 65 – Gulbrandsen, 16. Eriksen, 24; 86.

Xal: Bayer – 12. Qarabağ – 6. Molde – 6. Hakken – 0.

00:24

UEFA Avropa Liqasında IV turun bir sıra oyunları baş tutub.

İngiltərənin “Liverpul” kollektivi səfər matçında Fransa “Tuluza”sına qol duelini uduzaraq pley-offa vaxtından əvvəl vəsiqəni təmin etmək şansını qaçırıb - 3:2.


Həmçinin, İtaliyanın “Roma” klubu da eyni aqibətlə üzləşib. Joze Maurinyonun yetirmələri səfərdə “Slaviya”ya (Praqa, Çexiya) məğlub olublar - 2:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru