Zidan kumirinin adını çəkdi

11-11-2023, 12:24           
Zidan kumirinin adını çəkdi
Sabiq fransalı yarımmüdafiəçi Zinəddin Zidan uşaqlıq dövrü onun kumiri olmuş futbolçunun adını çəkib.

“Mənim kumirim əvvəllər “Marsel”də çıxış edən uruqvaylı hücumçu Enso Françeskoli idi. O, Fransaya gələndə bizdə əcnəbi oyunçular az idi. Ona görə də, onun oyununa baxıb anladım ki, bu nədirsə fərqli bir səviyyədir.

O, çox eleqant oyunçu idi. Françeskolinin topa nəzarət etməsi mənim xoşuma gəlirdi və mən də öz növbəmdə bunu təkrar etmək istəyirdim”, - deyə sabiq ulduz futbolçu qeyd edib.
Mənbə: “Adidas” “YouTube” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru