Hacı Hacıyev: “Rusiya millisinin keçmiş baş məşqçisi Azərbaycan yığmasına gələ bilər”

2-12-2023, 09:30           
Hacı Hacıyev: “Rusiya millisinin keçmiş baş məşqçisi Azərbaycan yığmasına gələ bilər”
Futbol üzrə Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasına gələ bilər.

APA xəbər verir ki, bu barədə Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev məlumat verib.

O, Stanislav Çerçesovun Azərbaycan milli komandasına baş məşqçi təyin oluna biləcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib.
“Çerçesov bu yaxınlarda qoşulacağı komandada ambisiya və məqsədlərin onun üçün önəmli olduğunu bildirib. Azərbaycan millisinin ambisiyaları var. Əsas odur ki, Çerçesov ora gedəcəkmi? Bəlkə də maraqlanmır. Amma maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə edə bilir. Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər, bunun üçün ilkin şərtlər var”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru