Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub - FOTO

7-12-2023, 00:00           
Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub - FOTO
Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, o, Rusiyanın paytaxtı Moskvada keçirilən ilk dünya çempionatında (“World Championship Powersport WPSO”) birinci yeri tutub.

Benç-press növündə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 190 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırıb. Yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı mübarizə aparıb.

Qeyd edək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərovun güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya üçüncülüyü, Azərbaycan çempionluğu, ölkə Qran-prisində birinciliyi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.