İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR

29-12-2023, 08:54           
İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR
Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı.
İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb. Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:

Ceko: "Öz işinlə məşğul ol"
İkardi: "Eləməsəm, nə olacaq?"
Ceko: "Nə deyirsən?"
İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?"

Qeyd edək ki, sabah "Qalatasaray" və "Fənərbağça" klubları arasında Türkiyə Super Kuboku finalı baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək və Futbol Liqaları Teleqram kanalında canlı yayımlanacaq.\\Offsideplus.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru