Ulduz futbolçunun evindən bir milyonluq oğurluq

29-12-2023, 11:30           
Ulduz futbolçunun evindən bir milyonluq oğurluq
Ulduz futbolçunun evindən bir milyonluq oğurluq

“Mançester Siti”nin və İngiltərə millisinin ulduz futbolçusu Cek Qrilişin evi qarət edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Hadisə dekabrın 27-də, Premyer Liqanın 19-cu turunun “Everton” – “Mançester Siti” matçının gedişində (1:3) baş verib.

Onun ailəsi evdə olarkən soyğunçular içəri girib. Qrilişin sevgilisi Sevgilisi Saşa Attvud polis çağırıb. Polis ailənin girov saxlanıldığını düşünərək hadisə yerinə helikopterlə gəlib və mülkdə havadan da axtarış aparılıb.

Futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları aparılıb. Hələ ki, cinayətkarların axtarışı davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.