Servet Çetin istefaya göndərildi

31-12-2023, 07:54           
Servet Çetin istefaya göndərildi
"Sivasspor" baş məşqçisi Servet Çetinlə yolları ayırıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Çetin bu ilin iyununda Türkiyə Superliqası təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 17 matçda 21 xal toplayıb. "Sivasspor" Superliqada 10-cu pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.