“Fənərbağça” qalib gəlib-Türkiyə Superliqası

25-02-2024, 10:38           
“Fənərbağça” qalib gəlib-Türkiyə Superliqası
Futbol üzrə Türkiyə Superliqasında XXVII turun oyunları davam edir.

İikinci oyun günündə dörd matç keçirilib.

“Fənərbağça” doğma meydanda “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.

Hesabı qonaqların heyətində 58-ci dəqiqədə Jakson Porozo açıb. Meydan sahibləri 64-cü dəqiqədə Mərt Hakan Yandaşla tablodakı rəqəmləri bərabərləşdirib. Matçın yekun nəticəsini 90+6-cı dəqiqədə Mişi Batşuayi müəyyənləşdirib.

Günün daha əvvəl keçirilən oyunlarında “Kaysərispor” “Ankaragücü”nü 3:2, “İstanbul Başakşəhər” “Qaziantep”i, “Konyaspor” isə “Hatayspor”u 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlinə 70 xalla “Fənərbağça” rəhbərlik edir. Rəqibindən bir oyun az keçirən “Qalatasaray” 2-ci, aktivlərində 43 xalı olan “Trabzonspor” ilə “Beşiktaş” komandaları isə üçüncü və dördüncü pillələri bölüşürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru