İnfantino mavi vərəqəyə qarşı çıxdı

2-03-2024, 10:20           
İnfantino mavi vərəqəyə qarşı çıxdı
FİFA-nın prezidenti Canni İnfantino təşkilatın mavi vərəqənin tətbiqinə qarşı olduğunu bildirib.

QOL.az "The Guardian"a istinadən xəbər verir ki, o deyib: “FİFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Qətiyyən xeyr”.

Qeyd edək ki, bundan əvvəl mavi vərəqə şəklində yeni intizam tənbehi növünün yaxın gələcəkdə tətbiq oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Bu vərəqə oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstəriləcəyi bildirilmişdi. Bundan sonra oyunçular 10 dəqiqə meydandan kənarlaşdırılacağı vurğulanırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru