“Çelsi”dən heç-heçə, “Liverpul” və “Tottenhem”dən qələbə

3-03-2024, 09:54           
“Çelsi”dən heç-heçə, “Liverpul” və “Tottenhem”dən qələbə
İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarına start verilib.

Lider “Liverpul” “Nottingem”in qonağı olub. Oyunda hesab 90+9-cu dəqiqədə açılıb. Nunyes mersisaydlıların qələbə qolunu vurub - 0:1.

“Tottenhem” doğma meydanda “Kristal Pelas”ı qəbul edib. Ev sahibləri ilk qolu buraxan tərəf olsalar da, sonradan üç top vuraraq oyundan qalib ayrılmağı bacarıblar - 3:1.

“Çelsi” isə səfərdə “Brentford”un ciddi müqavimətilə üzləşib. Tərəflər hərəyə iki qol vuraraq meydandan sülhlə ayrılıblar - 2:2.

Bu nəticələrdən sonra turnir cədvəlinə 63 xalla “Liverpul” başçılıq edir. “Tottenhem” 50 xalla 5-ci, “Çelsi” isə 36 xalla 11-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru