La Liqa: Vinisiusun dublu “Real”ı məğlubiyyətdən xilas etdi - VİDEO

3-03-2024, 11:46           
La Liqa: Vinisiusun dublu “Real”ı məğlubiyyətdən xilas etdi - VİDEO
İspaniya La Liqasının 27-ci turunda “Valensiya” lider “Real Madrid”i qəbul edib.

Komandalar Valensiyadakı “Mestalla” stadionunda qarşılaşıblar.

Oyunda hadisələr Kral klubu üçün gözlənilməz ssenari üzrə cərəyan edib.

Belə ki, ilk hissənin ortalarında “Real” 3 dəqiqə fasilə ilə 2 qol buraxıb. 27-ci dəqiqədə Duro, 30-cu dəqiqədə isə Yaremçuk fərqlənib. Lakin Vinisiusun dublu (45+5, 76) sayəsində qonaqlar məğlubiyyətdən xilas olmağı bacarıblar - 2:2.
Hazırda Madrid “Real”ı 66 xalla turnir cədvəlinin vahid lideridir. “Valensiya” isə 37 xal toplayaraq 9-cu pillədə qərar tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru