Messi və Suaresin dublları “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO

3-03-2024, 12:02           
Messi və Suaresin dublları “İnter Mayami”yə qələbə qazandırdı - VİDEO
Martın üçündə MLS-də “İnter Mayami” “Orlando Siti”ni qəbul edib.

Komandalar Fort Lauderdeyldəki (ABŞ) DVR stadionunda üz-üzə gəliblər. Matçda meydan sahibləri 5:0 hesabı ilə inamlı qələbə qazanıblar.

“İnter”də ilk qolunu vuran Suares (4, 11) Messi (57, 62) ilə birgə dublla yadda qalıblar. Daha bir qolu isə Taylor (29) vurub.
Hazırda MLS-də üç oyundan sonra “İnter Mayami” yeddi xalla Şərq Konfransında birinci yerdədir. “Orlando” üçün bu görüş turnirdə ikinci olub. Məğlubiyyətdən sonra Oskar Pareyanın komandasının cəmi bir xalı var və Qərb konfransında 12-ci yeri tutur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru