Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı AÇIQLANDI

22-03-2024, 12:34           
Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı AÇIQLANDI
Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb.

Bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Bundesliqada ən yüksək maaşı “Bavariya”nın futbolçuları alırlar. İlk üç pillədə ingiltərəli hücumçu Harri Keyn (ayda 2,1 milyon avro), qapıçı Manuel Noyer və hücumçu Tomas Müller (hər ikisi 1,66 milyon avro) qərarlaşıblar.

Premyer Liqanın ən yüksək ödənişli futbolçusu isə “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynedir (2,02 milyon avro). Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Holand (1,9 milyon avro) bu göstəricidə ikincidir. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro (1,77 milyon avro) üç-dördüncü pillələri bölüşürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru