Azərbaycan cüdoçuları bu gün və sabah Türingiya Kubokunda iştirak edəcəklər

23-03-2024, 11:54           
Azərbaycan cüdoçuları bu gün və sabah Türingiya Kubokunda iştirak edəcəklər
Azərbaycan cüdoçuları Almaniyada yeniyetmə və gənc qızlar arasında keçiriləcək beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a bildiriblər ki, ölkəmiz martın 23-24-də təşkil ediləcək yarışda altı çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərov, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli (hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru