UEFA “Qarabağ”ı cərimələdi

26-03-2024, 12:47           
UEFA “Qarabağ”ı cərimələdi
UEFA “Qarabağ” klubunu 45750 avro cərimələyib.

SAVASH.ORG xəbər verir ki, qurum Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer 04” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” bu səbəbdən 2750 avro ziyana düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru