Ukrayna AVRO-2024-ə vəsiqə qazandı - VİDEO

27-03-2024, 13:24           
Ukrayna AVRO-2024-ə vəsiqə qazandı - VİDEO
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Oxu.Az-ın məlumatına görə, pley-offun finalında Ukrayna İslandiya ilə qarşılaşıb.

Oyunda hesabı islandiyalılar açsalar da, “sarı-mavilər” 2 top vuraraq qələbəni təmin etməyi bacarıb və AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar - 2:1.

Beləliklə də, Ukrayna seçməsi E qrupunda Belçika, Rumıniya, Slovakiyaya rəqib olub.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru