“Xəzər Lənkəran”la bağlı şad xəbər – Seçimlərə başlanıldı

28-03-2024, 10:52           
“Xəzər Lənkəran”la bağlı şad xəbər –
“Xəzər Lənkəran”ın böyük futbola dönüşü reallığa çevrilir.

Fanat.az-ın əldə etdiyi məlumata görə, ötən ay stadionunu təmirə bağlayan cənub təmsilçisi arena üçün texniki işçilərin seçiminə start verib.

Hələlik tikinti işlərinə cəlb olunacaq ixtisaslı texniki işçilər axtarılır. Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi cəlb olunacaq. Stadionda rəhbərliyin kim olacağı müəyyənləşməsə də, hələlik işlərə “Palmali”nin Bakı ofisinin nəzarət edəcəyi dəqiqləşib.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2016-cı ildə fəaliyyətini dayandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.