“Millidə belə bacarıqları olan ikinci futbolçu yoxdur” – Sautgeyt vunderkindi təriflədi

29-03-2024, 08:04           
“Millidə belə bacarıqları olan ikinci futbolçu yoxdur” –
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt “Mançester Yunayted”in 18 yaşlı yarımmüdafiəçisi Kobbi Maynunu tərifləyib.

Fanat.az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Onun ifasında cəsarət və texniki bacarıq gördük. Kobbi təzyiq altında olduğu anda yaxşı “açıldı” və çox da ərazidə topla yaxşı davrandı. Millidə belə bacarıqları olan ikinci futbolçu yoxdur. Bu, çox maraqlı məqamdır”.

Qeyd edək ki, Maynu 2022-ci ildən “Mançester Yunayted”in əsas heyətində çıxış edir. Cari mövsüm mankunianların forması ilə bütün turnirlərdə 21 matça çıxan gənc oyunçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru