Biz başqa insanlara hörmət etməliyik - Felipe Melo

29-03-2024, 12:54           
Biz başqa insanlara hörmət etməliyik - Felipe Melo
Braziliya millisinin sabiq üzvü Felipe Melo qadına qarşı təcavüzdə ittiham olunan keçmiş komanda yoldaşları Dani Alveş və Robinyo haqda danışıb.

Gununsesi.info xəbər verir ki, “Fluminense”nin 40 yaşlı yarımmüdafiəçisi “Globe Sporte”yə açıqlamasında bildirib ki, sözügedən futbolçular etdiklərinin əvəzini ödəməlidir:

“Mənim 15 yaşlı qızım var. Qızımla belə etsəydilər, mən bu müsahibəni vermək üçün burada olmazdım. Biz başqa insanlara hörmət etməliyik. Fərqi yoxdur, qadın, ya da kişi. Onlar etdiklərinin əvəzini ödəməlidirlər. Çünki başqaları bunu etməsin deyə bir dərs olmalıdır. Çox ciddi məsələdir”.

Xatırladaq ki, Robinyo 2017-ci ilin noyabrında İtaliyada qrup şəklində zorlamaya görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Alveş isə ötən ilin noyabrında Barselonadakı gecə klublarının birində bir qıza təcavüz etdiyi üçün 4,5 il həbs cəzasına məhkum edilsə də, bir neçə gün əvvəl girov müqabilində zaminə buraxılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.