Ulduz futbolçu mərc oyunlarında ittiham olunur

29-03-2024, 16:43           
Ulduz futbolçu mərc oyunlarında ittiham olunur
“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Sandro Tonal ilə bağlı ittiham irəli sürülüb.
Gününsəsi.info xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiyası bəyanat yayıb.
Məlumatda, oyunçunun 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına 50 dəfə mərc edərək, FA qaydalarını pozduğu bildirilir.
Bundan əlavə, 23 yaşlı futbolçu aprelin 5-dək bu ittihamlara cavab verməlidir.
İtalyan futbolçu mövsümün əvvəlində təxminən 65 milyon avroya “Milan”dan “Nyukasl Yunayted”ə transfer olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru