Dünya şokda: 10 yaşlı “şahmatın Messisi” Karlseni məğlub etdi

30-03-2024, 11:14           
Dünya şokda: 10 yaşlı “şahmatın Messisi” Karlseni məğlub etdi
10 yaşlı argentinalı şahmatçı Faustino Oro sensasiyalı şəkildə dəfələrlə dünya çempionu olan norveçli Maqnus Karlseni məğlub edib.

Publika.az xəbər verir ki, “Bullet Brawl” onlayn blits şahmat turnirində Faustino 48 gedişdə dünya reytinqinin liderini məğlub edib.

Argentinalı mediadan “Şahmatın Messisi” ləqəbini alıb. O, şahmat oynamağı 2020-ci ilin may ayında karantin zamanı öyrənib.

Oro topla evin ətrafında qaçır və Lionel Messi kimi futbol ulduzu olmağı xəyal edirdi. Ancaq valideynləri ona daha sakit bir fəaliyyət təklif etdilər. Faustinonun atası ona şahmat oynamağı öyrətdi və oyun serverində onun üçün hesab yaratdı.

Sürətli müvəffəqiyyətlə Faustino Oro dünyanın ən gənc FİDE ustası və reytinqdə 2300-cü pilləni keçən ən gənc oyunçu oldu.

Ailə Barselonaya köçdü ki, vunderkind uşaq Avropada güclü şahmat turnirlərində iştirak etsin və tezliklə yeni şahmat ulduzu olmaq hədəfinə doğru irəliləsin.

Faustino Oro Karlseni məğlub etdikdən sonra keçirdiyi hisslərdən danışıb: “Çox xoşbəxtəm. Bu, mənim üçün böyük sevincdir, çünki ona qarşı heç vaxt oynamamışam”.

Onlayn turnirdə Faustino turnirdə iştirak edən 156 oyunçu arasında 21-ci olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.