“Mançester Yunayted” “Brentford”la sülhə razılaşdı - VİDEO

31-03-2024, 11:54           
“Mançester Yunayted” “Brentford”la sülhə razılaşdı - VİDEO
İngiltərə Premyer Liqasının 30-cu turunda “Brentford” “Mançester Yunayted”i qonaq edib.

Oxu.Az xəbər verir ki, görüş heç-heçə ilə başa çatıb - 1:1.

Matçın ilk qolu 90+6-cı dəqiqədə vurulub. Onun müəllifi “Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt olub. 90+9-cu dəqiqədə isə meydan sahiblərinin müdafiəçisi Kristoffer Aer hesabı bərabərləşdirib.

Beləiklə də, “Mançester Yunayted” Premyer Liqanın cari mövsümündə 29 oyun keçirib və 48 xal toplayıb. Erik ten Haqın komandası çempionat cədvəlində altıncı yerdədir. “Brentford”un isə 29 oyundan sonra 26 xalı var. Komanda 15-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru