“Barselona” üç xalı tək qolla qazandı - VİDEO

31-03-2024, 12:04           
“Barselona” üç xalı tək qolla qazandı - VİDEO
İspaniya Premyerasının 30-cu turunda “Barselona” “Las Palmas”ı qəbul edib.

Oxu.Az xəbər verir ki, oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Matçın yeganə qolu 60-cı dəqiqədə vurulub. “Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya fərqlənib.

Qeyd edək ki, qonaqlar 24-cü dəqiqədən qapıçı Alvaro Vallesin meydandan qovulmasından sonra on nəfərlə oynayıblar.

Bu qələbədən sonra katalon klubu 67 xal toplayıb. Xavinin komandası lider “Real Madrid”dən beş xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Las Palmas” isə 37 xalla 12-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru