Həbib Nurməhəmmədov ölümlə hədələndi

31-03-2024, 12:14           
Həbib Nurməhəmmədov ölümlə hədələndi
Dağıstanda Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovu öldürməklə hədələyən şəxs saxlanılıb.

Bildirilib ki, Mahaçqala sakini “Instagram”da Nurməhəmmədov və Dağıstan polisi haqqında nalayiq ifadələr işlədib.

O bildirib ki, hər adamı deyil, onun tərtib etdiyi siyahıdakı insanları öldürmək lazımdır. Siyahıda adları çəkilənlər arasında Dağıstanın Dubki kəndinin polis rəisi Abdulraşid Hacıyev və Həbib Nurməhəmmədov olub.

Mahaçkala sakini onları öldürəcəyinə və irsini məhv edəcəyinə söz verib.

Videonu hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər. Müəllif tapılıb. Məlum olub ki, o, İbrahim adlı 27 yaşlı gəncdir.

O, tutularaq polis bölməsinə aparılıb və araşdırmalara başlanılıb. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir.

Bundan bir qədər əvvəl Həbib Nurməhəmmədov da “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyib və bu hücumun təşkilatçılarını qeyri-insan adlandırıb.

Mənbə: “Mash” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru