Messi “Qızıl top” mükafatının gələcək namizədlərini AÇIQLADI

31-03-2024, 11:44           
Messi “Qızıl top” mükafatının gələcək namizədlərini AÇIQLADI
İlin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının səkkiz qat qalibi, həmçinin “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi, yaxın illərdə bu mükafat üçün mübarizə aparacaq futbolçuların adlarını açıqlayıb.

“Gələcək illərdə Holand, Mbappe və Vinisius kimi oyunçular arasında çox gözəl rəqabət ola bilər. Mən düşünürəm ki, hələ çox gənc olan və hazırda “Barselona”da oynayan Lamin Yamal gələcəkdə bu mükafat uğrunda mübarizədə mühüm rol oynayacaq.

Əlbəttə, başqaları da bu mükafat üçün mübarizə aparacaqlar. Düşünürəm ki, bu bizim həzz alacağımız gözəl bir dövr olacaq”, - deyə Messi qeyd edib.

Mənbə: L’Equipe












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru