Almaniya və Fransa AVRO-2024 və Olimpiya Oyunlarında təhlükəsizliyi birgə qoruyacaqlar

31-03-2024, 13:04           
Almaniya və Fransa AVRO-2024 və Olimpiya Oyunlarında təhlükəsizliyi birgə qoruyacaqlar
Almaniya və Fransa 2024-cü ilin yayında Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2024) və Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin edilməsi məsələlərində daha sıx əməkdaşlıq etmək niyyətindədirlər.

Bu barədə ölkənin daxili işlər naziri Nensi Feser “Handelsblatt” qəzetinə məlumat verib.

“Alman polisi Parisdə Olimpiada zamanı, Fransa polisi isə Almaniyada AVRO-2024 zamanı yerləşdiriləcəklər”, - deyə o bildirib.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Almaniya təhlükəsizlik qüvvələri müxtəlif ssenarilərə, istər islamçılardan qaynaqlanan təhdidlər, istərsə də kiberhücumlara hazırdır.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Parisdə keçiriləcək Olimpiya Oyunları isə iyulun 26-da başlayacaq və avqustun 11-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru