“Qarabağ” Zubirlə bağlı qərar verdi: Gedir, ya qalır?

1-04-2024, 11:24           
“Qarabağ” Zubirlə bağlı qərar verdi: Gedir, ya qalır?
“Qarabağ” komandası Abdullah Zubiri komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi fransalı futbolçuya yeni 2 illik müqavilə təklif edib. Tərəflər arasında danışığın mövsümün sonunda aktivləşəcəyi gözlənilir.

“Qarabağ” A.Zubirlə yeni 2 illik müqavilə imzalayaraq növbəti iki mövsümdə də onun xidmətindən istifadə etməyi planlaşdırır.

Fransalı futbolçunun özünün də Azərbaycan çempionunu tərk etmək istəmədiyi deyilir. Onun “Qarabağ”da qalmağa müsbət yanaşdığı iddia olunur. 32 yaşlı futbolçu 2018-cil ildə “Lans”dan “Qarabağ”a keçmişdi. A.Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul” klublarında oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru