“Atletiko” səfərdən üç xalla qayıdır - VİDEO

2-04-2024, 10:07           
“Atletiko” səfərdən üç xalla qayıdır - VİDEO
Futbol üzrə İspaniya çempionatının 30-cu turunda “Vilyarreal” Madrid “Atletiko”sunu qonaq edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma paytaxt klubunun 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı doqquzuncu dəqiqədə madridli Aksel Vitsel açıb. Meydan sahibləri fasilədən sonra Aleksander Serlotun qolu ilə cavab veriblər. 86-cı dəqiqədə yarımmüdafiəçi Saul Niqez “Atletiko”ya üç xalı gətirən qola imza atıb.

İspaniya La Liqasında 30 turundan sonra “Vilyarreal”ın 38 xalı var. O, turnir cədvəlində 10-cu yerdədir. “Atletiko” eyni sayda matçdan 58 xal toplaya bilib və dördüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru