AFFA-nın yeni prezidenti kim olacaq? - BU GÜN SEÇKİDİR

2-04-2024, 10:06           
AFFA-nın yeni prezidenti kim olacaq? - BU GÜN SEÇKİDİR
Bu gün AFFA-ya yeni prezident seçiləcək.

Bizim.Media xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək Hesabat-Seçki Konfransında milli assosiasiyaya yeni prezident seçiləcək.

Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.

Xatırladaq ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevdir. O, növbəti dəfə namizədliyini irəli sürməyib.

AFFA prezidentliyinə yeganə namizəd isə SOCAR-ın prezidenti Rövşən Nəcəfdir. Onun namizədliyi Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru