"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq

4-04-2024, 10:04           
"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq
Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.

Bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik açıqlamasında bildirib.

Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib:

"Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Qeyd edək ki, aprelin 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru