İbrahimoviç vida matçına çıxacaq - Tarix bilindi

4-04-2024, 11:44           
İbrahimoviç vida matçına çıxacaq - Tarix bilindi
İsveç ötən mövsümün sonunda xroniki dizindən zədə aldığı üçün karyerasını başa vuran hücumçu Zlatan İbrahimoviçin şərəfinə vida matçı keçirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football-Italia" yayıb.

Mənbənin məlumatına görə, görüş iyunun 8-də Stokholm ətrafında yerləşən “Friends Arena”da baş tutacaq. İsveçlilərin rəqibi Serbiya millisi olacaq.

42 yaşlı İbrahimoviç İsveç millisində 122 oyun keçirib və 62 qola imza atıb. O, sözügedən millinin tarixində ən çox qol vuran futbolçudur.

İbrahimoviç 12 dəfə İsveçdə ilin ən yaxşı oyunçusu seçilib və 2013-cü ildə ən yaxşı qola görə "Puşkaş mükafatı"nı qazanıb.

Zlatan hazırda "Milan"ın sahibi Cerri Kardinalın məsləhətçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru