“Mançester Siti” dörd qol vuraraq “Liverpul”a çatdı - VİDEO

4-04-2024, 11:28           
“Mançester Siti” dörd qol vuraraq “Liverpul”a çatdı - VİDEO
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.

Son çempion “Mançester Siti” bu tur doğma meydanda “Aston Villa”nı qonaq edib.

“Şəhərlilər”in dörd qoluna qonaqlar yalnız bir təsəlli qolu ilə cavab verə biliblər - 4:1. Foden het-triklə yadda qalıb.

Bu nəticə Qvardiolanın yetirmələrinə “Liverpul”la xalları bərabərləşdirməyə (67) imkan verib. Lakin əlavə göstəricilərə görə, Klopun komandası turnir cədvəlində 2-ci, “Siti” isə 3-cüdür. Mersisaydlıların ehtiyatda bir oyunu da var.

“Aston Villa”ya gəlincə, komanda 59 xalla 4-cüdür. Çempionata isə hazırda 68 xalı olan “Arsenal” başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru