Azarkeşlər zəif nəticələrə görə “Zaqlembe”nin baş məşqçisini döydülər

4-04-2024, 15:14           
Azarkeşlər zəif nəticələrə görə “Zaqlembe”nin baş məşqçisini döydülər
Polşanın ikinci divizionunda çıxış edən “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç azarkeşlərin hücumuna məruz qalıb.

Bu barədə Meczyki.pl öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, aprelin 3-də azarkeşlər komandanın məşqinə soxularaq belaruslu məşqçiyə hücum ediblər. Xatskeviçin üzünə yumruq vurulub, həmçinin bir neçə təpik zərbəsi alıb.

Mənbə 50 yaşlı mütəxəssisin yaxın vaxtlarda klubu tərk edəcəyini də qeyd edir.

Qeyd edək ki, Aleksandr Xatskeviçin rəhbərliyi altında “Zaqlembe” bu mövsüm komanda üçün fəlakətli nəticələr göstərib. Hazırda komanda Polşanın ikinci güclü divizionunun turnir cədvəlində sonuncu yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.