Məşhur rusiyalı güləşçi Bakıdakı turnirə buraxılmadı

4-04-2024, 11:22           
Məşhur rusiyalı güləşçi Bakıdakı turnirə buraxılmadı
Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə buraxılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun prezidenti Mixail Mamiaşvili dördqat dünya çempionunun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qərarı ilə yarışda iştirak etməyəcəyini bildirib: “IOC növbəti yoxlamalardan sonra turnirlərə buraxılmayanların siyahısını açıqlayıb. Təəssüf ki, onların arasında komandanın kapitanı Abdülraşid Sadulayev də var. Dünya Güləş Birliyi (UWW) ilə dərhal əlaqə saxladıq, onu Əlixan Cəbrayılovla əvəzlədik”.

Qeyd edək ki, sabah Milli Gimnastika Arenasında start götürəcək yarış üç gün davam edəcək.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru