Pul, mükafat, vəzifə, uğursuzluq və Elnur Məmmədli

17-08-2016, 22:43           

2008-ci ildə Olimpiya Çempionu olan Elnur Məmmədli, 2012 Yay Olimpiya Oyunlarında uğursuz çıxışı ilə diqqət çəkdi. O elə ilk mərhələdəcə 1/32 finalda ən zəif idmançılardan biri olan Kanadalı Antoine Valois-Fortierə məğlub oldu.

– İdmançının bu qədər düşməsinə səbəb nə idi ?
– PUL və ŞÖHRƏT !

2008-ci ildə Olimpiya çempionu olandan sonra prezident Elnur Məmmədliyə 600 min manat, Cüdo Federasiyasi 180 min manat pul mükafatı + BMW markalı maşın hədiyyə elədilər.

Daha sonra KİA , Nissan kimi bir neçə avto-salonlar Elnura Maşın, tikinti şirkətləri EV, AZPetrol isə 5 illik limitsiz benzin kuponu hədiyyə etdilər.

Maraqlısı isə budur ki, 2008-ci ildə Olimpiya çempionu olan adam, 2009-da Polis Akamdemiyasına qəbul olur.
Halbuki, Polis Akademiyasına qəbul olmaq üçün çox çətin fiziki proseslərdən keçməkdən əlavə, qəbul imtahanında ən çətin qruplardan olan 3-ü qrup üzrə yüksək nəticə göstərməlisən. Görəsən Elnur Məmmədli qəbul imtahanından neçə bal yığmışdı ?
Üstəlik Elnur Məmmədli Yol Patrul Xidmətindən baş inspektor vəzifəsinə təyin olunur, onu “polis leytenantı” xüsusi rütbəsi və zabit poqonları ilə təltif edirlər.

Hal-hazırda Elnur Məmmədli həm də Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışmaqla yanaşı, Bakıda “Nömrə 1” adlı 6 supermarketin sahibidir.

Elnur Məmmədli əvvəl ağ rəngli “Porsche Panamera” maşınına sahib idi. Daha sonra o həmin markalı maşının qara rəngdə olanını da aldı. Bu maşının qiyməti 200 min manatdır.

İdmançının maşının nömrəsinin qiyməti isə 30 min manatdır: 10-EM-010

İndi siz özünüz qərar verin, bu qədər vəzifəsi, imkanı, pulu olan adamın nəyinə lazımdır axı, özünə əziyyət verib məşq eləsin, gedib qızıl medal filan qazansın ?!
NetXeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru