“Milan” ona görə həm milyonlar, həm də Aleksisi verir

5-04-2024, 08:14           
“Milan” ona görə həm milyonlar, həm də Aleksisi verir
“Milan” klubu yeni forvardın transferini elan etməyə hazırlaşır.

Fanat.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya nəhəngi “Bolonya”nın hücumçusu Coşua Zirkzeni keçidini reallaşdırmaq üzərində işləyir. “Rossonerilər” futbolçu üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır. “Bolonya” razılaşsa, bu məbləğin bir hissəsi “qırmızı-qaralar”ın hazırda icarə əsasında “Rossoblu”da çıxış edən oyunçusu Aleksis Salemakersin əks-düşərgəyə göndərilməsinə hesablanacaq.

Niderlandlı futbolçunun “Milan”a keçməyə hazır olduğu bildirilir. “Bolonya” futbolçunu saxlamaq istəyir, lakin ona olan tələbatın çox olması səbəbindən bunun çətin olacağını başa düşür.

22 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru