Əfsanə nə vaxt geri qayıdacaq?

5-04-2024, 12:34           
Əfsanə nə vaxt geri qayıdacaq?
İspaniyalı tennisçi Rafael Nadal belindəki zədə səbəbindən daha bir neçə turniri buraxa bilər.

37 yaşlı əfsanə yalnız 6 həftədən sonra korta qayıda bilər. Bu barədə “Sport.es” məlumat yayıb.

Nadal kürəyində normal çıxış etməsinə mane olan problemləri həll edə bilməsə, Monte Karlo və Madriddəki Masters yarışlarını, həmçinin Barselonadakı turniri buraxacaq. O, yalnız mayda Romada kortlara qayıda biləcək.

İspan raketka ustası yanvar ayından bəri çıxış etmir. O, omba zədəsinə görə keçən mövsümü demək olar ki, hamısını buraxmışdı. İspanların korta qayıdışı “İndiana Uells”də (ABŞ) keçirilən Masters turnirində gözlənilirdi. Lakin o, start ərəfəsində yarışdan çəkildiyini açıqladı.

“TennisUpToDate” qeyd edir ki, Monte Karloda keçirilən “Masters” yarışından əvvəl (7-14 aprel) Nadal kortda aktiv şəkildə məşq edir. Lakin bu onun kortlara qayıtması anlamına gəlmir. Hələlik ispaniyalının adı Monte Karloda keçiriləcək turnirin iştirakçıları arasındadır.//aut.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.