“Barselona”nın futbolçusu Messi ilə Ronaldu haqqında danışdı

5-04-2024, 16:34           
“Barselona”nın futbolçusu Messi ilə Ronaldu haqqında danışdı
Hazırda “Barselona”da icarədə olan “Atletiko Madrid”in vingeri Joao Feliks “İnter Mayami”nin hücumçusu Lionel Messi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu haqqında danışıb.

“Messi və Kriştianu müqayisə edilməməlidir, onlardan həzz alınmalıdır. Onlardan birini seçmək çox çətindir, hər ikisi o qədər iş görüblər ki, bunu başqasının təkrarlaması çox çətin olacaq”, - deyə Feliks bildirib.

Qeyd edək ki, Joaonun hüquqları “Atletiko”ya məxsusdur və o, 2023-cü ilin yayından “Barselona”da çıxış edir. O, bu mövsüm portuqaliyalıların heyətində bütün yarışlar da daxil olmaqla 35 oyun keçirib, doqquz qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun “Atletiko” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Nüfuzlu onlayn portal “Transfermarkt” portuqaliyalının bazar dəyərini 30 milyon avro kimi qiymətləndirir.

Mənbə: championat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru