Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb

5-04-2024, 10:48           
Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

“Report” xəbər verir ki, bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abasov təmsil edir.

O, ilk turda dünya vitse-çempionu Yan Nepomnyaşiyə qarşı heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan idmançı hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru